“Göbələyi niyə yumaq olmaz?

Göbələyi niyə yumaq olmaz?

Bəlkə daha əvvəl siz də eşitmisiniz, göbələkləri yumaq olmaz. Bəs bunun səbəbini bilirsiniz?
Çünki göbələklər süngər kimidir. Su ilə təmas etdikləri zaman suyu tamamilə içinə çəkirlər və nə qədər silsəniz və gözlətsəniz də, heç vaxt tam olaraq qurumurlar. Suyu içinə çəkdiyi zaman üzərində olan bütün çirk və bakteriya da onun içinə çəkilmiş olur.

Yuyulduqdan sonra bişirilən göbələklər dadını itirir və yeməkləri dadsızlaşdırır. Su ilə təmasdan sonra rəngləri qaralan göbələklər, həm çox nəm yaradır, həm görüntü və forma cəhətdən də korlanırlar.

Bəs göbələkləri necə təmizləmək lazımdır?
İlk olaraq göbələklərin üzərinə yapışan torpaq və digər qalıntılardan qurtulmaq üçün təmiz bir fırça və ya salfetlə su ilə təmas etdirmədən silin. Sonra sap hissəsini yavaşca çəkib çıxarın. Şapka hissəsindəki qara hissələri soyun. Üzərində pərdəni təmizlədikdən sonra üzərini nəmli bezlə silib bişirə bilərsiniz. Nuş olsun!
Yemək Reseptləri


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!