Marketlərdə satılan mayonezi almaq yerinə, soyuducunuzda öz hazırladığınız, ləzzətli mayonezdən istifadə etməyə kim yox deyər ki? Bir çoxumuzun sevərək istifadə etdiyi mayonezi, tamamilə təbii qidalardan evdə özünüz hazırlaya bilərsiniz. Lazım olan ərzaqlar:
- 2 yumurta sarısı
- Yarım stəkan bitki yağı (Zeytun yağı istifadə etmək məsləhət deyil)
- 2 xörək qaşığı sirkə, ya da limon suyu
- 1 çay qaşığı duz
- 1 çay qaşığı istiot
Hazırlanması:
Şüşə bir qabın içində yumurta sarılarını, limon suyunu və duzu çırpın. Yağı içinə yavaş-yavaş qataraq çırpmağa davam edin. Qarışımın rəngi ağarmağa başladısa, bu, hazır olmağa başladığını göstərir. Bu zaman qalan yağı da əlavə edərək, daha sürətli çırpmağa başlayın və artıq mayonez hazırdır. Qeyd edək ki, evdə hazırladığınız mayonez iki gün ərzində istifadə olunmalıdır. İstəsəniz, mayonez hazırlandıqdan sonra içinə sarımsaq, ya da xardal da əlavə edə bilərsiniz. Nuş olsun!