Qısa müddətdə hazırlaya biləcəyiniz asan və ləzzətli peçenye resepti, duzlu peçenyelər. Bunun üçün sizə lazım olan ərzaqlar aşağıdakı kimidir:
250 qram marqarin
2 yemək qaşığı duru yağ
2 yemək qaşığı şəkər
1 paket qabartma tozu
1 çay qaşığı duz
1 yumurta sarısı (üstü üçün)
Təxminən 3 stəkan un (ala bildiyi qədər)
Hazırlanması
İlk olaraq duru yağ ilə marqarini qarışdırırıq. Sonra digər ərzaqları əlavə edib yenidən qarışdırırıq. Sonda isə un əlavə edirik. Çox yumuşaq olmamasına diqqət etmək lazımdır, çünki peçenyelər dağıla bilər. İstədiyiniz formaya verə bilərsiniz. Üzərinə yumurta sarısını çəkib sobaya veririk. 190 dərəcə temperaturda bişirin. Nuş olsun!