Cəmi 3 ərzaqdan ibarət tez və asan hazırlanan ləzzətli kökə resepti!
Ərzaqlar:
1 stəkan duru yağ
3-3,5 stəkan un
1 paket krem şanti
Hazırlanması:
1 stəkan duru yağı dərin bir qaba töküb 1 paket krem şanti və 1 stəkan un əlavə edib qarışdırın. Ardınca qalan unu da az-az əlavə edib qarışdırmağa davam edin. İstədiyiniz sərtliyi alana qədər qarışdırdıqdan sonra kiçik-kiçik parçalara ayırıb, yağlı kağıza düzüb 175 dərəcə isinmiş sobada bişirin. İstəyinizə uyğun pudra şəkəri üzərinə töküb servis edə bilərsiniz, nuş olsun!