Həzm sistemindən tutmuş, stressi azalmağına qədər faydaları saymaqla bitməyən kefiri özünüz evdə hazırlayın! Bunun üçün sizə lazım olan ərzaqlar:
1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc
Hazırlanma qaydası:
Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Ardından südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal olmamasına diqqət edin. Taxta qaşıqla yaxşıca qarışdırın və qabınızın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq bir mühitdə 2 günə qədər südü saxlayın. Bu müddətdə süd mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə dənələri əlavə edərək içə bilərsiniz. Nuş olsun!
https://play.google.com/store/apps/details?id=com.elitsolutions.dadli&utm_source=leydi.az