“Pendirli çörək

Pendirli çörək

Yeməklərimizə dad qatan və bizə lazımi enerjini verən, evdə hazırlaya biləcəyiniz pendirli çörək resepti! Hazırlanması üçün lazım olan ərzaqlar aşağıdakılardır. 

Xəmiri üçün:

5 qr quru maya

500 qr un

30 qr şəkər tozu

1/2 çay qaşığı duz

5 ml bitki yağı

300 ml su

İçlik üçün:

120 qr bərk pendir

Üzəri üçün:

30 qr sidr qozu

Hazırlanma qaydası:

Xəmir üçün dəzgahın üzərinə un, duz, şəkər tozu, quru maya töküb qarışdırın. Ortasından yuva açaraq su əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmiri yağlanmış qaba qoyub üzərini streç salafanla örtüb gəlməsi üçün 1 saatlıq isti yerə qoyun. Həcmi 2 dəfə artmış xəmiri yoğurub yenidən üstünü örtün (2 dəfə təkrar edin). Gəlmiş xəmiri kündələyin və oxlovla dördbucaqlı şəkildə yayın. Üzərinə rəndələnmiş pendiri səpin və rulet formasında bükün. Rulet formasında bükülmüş çörəyə baton forması verin. Üzərinə pendir və sidr qozu səpin. Qozu yüngülcə xəmirə batırın, bişdikdə tökülməsin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə üzəri qızaranadək təxminən 30-40 dəqiqə bişirin.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!