Mətbəxdə çox vaxt keçirməyi sevmirsinizsə, bu resept tam sizə görədir!
Ərzaqlar
3 yemək qaşığı un
1 çay qaşığı kofe
2 yemək qaşığı isti şokolad tozu
2.5 yemək qaşığı şəkər
¼ çay qaşığı qabartma tozu
2 yemək qaşığı süd
1 ədəd balaca yumurya
2 yemək qaşığı zeytun yağı
½ çay qaşığı vanil özü
Əgər isti şokolad əvəzinə kakao əlavə edirsinizsə, 2.5 yemək qaşığı şəkər, əgər şokolad tozu əlavı edirsinizsə, 1 yemək qaşığı şəkər kifayət olacaq.
Hazırlanması
Mikrodalğalı sobaya girə bilən böyük bir fincan içinə əvvəlcə un, kofe, qabartma tozu və şəkəri qarışdırın. Süd yumurta zeytun yağı və vanili də əlavə edib çəngəl ilə qarışdırın. Mikrodalğalı sobada yüksək atəşdə 90 saniyə bişirin.
Yemək reseptləri