Bəzən yeməklərdəki duzun miqdarını təyin etmək çətin ola bilir. Həddindən artıq duzlu yemək yeməyin də zərərlərini hamımız bilirik. Bəs yemək duzlu olmasın deyə nə etmək lazımdır, gəlin əvvəlcə ona nəzər salaq.
• Yeməyi az duzla bişirib, daddıqdan sonra lazım gəlsə yenə duz əlavə edin.
• Tomatların və digər sousların az duzlu olanlarına üstünlük verin.
• Ləzzəti artırmaq üçün duz yerinə digər ədviyyatlardan istifadə edin.
• Emal edilmiş duz yerinə təbii duzdan istifadə edin.
Əgər yeməyiniz yenə duzlu alınıbsa, təbii ki, yeməyi tökmək yerinə edə biləcəyimiz başqa şeylər də mövcuddur. Yeməyi qurtarmaq üçün nə etmək lazımdır?
Şorbanız duzlu olubsa, onu seyrəltmək üçün su yerinə süddən istifadə edin. Süd həm şorbanın qida dəyərini artıracaq, həm də sudan daha təsirli olaraq duzu azaldacaq.
Əgər süddən istifadə etmək istəmirsinizsə, o zaman kartofları bir neçə hissəyə bölərək yeməyin içinə atın. Kartofun içindəki liflər bişən zaman yeməyin içindəki duzu çəkir. Damaq zövqünüzə uyğun olaraq əlavə etdiyiniz kartofları əzib şorbaya qarışdıra və ya 10-15 dəqiqə bişdikdən sonra çıxara bilərsiniz.
Tava yeməkləri duzlu olduğu zaman kartofdan istifadə etmək ən yayılmış metodlardan biridir. Kartofu doğrayaraq yeməyə əlavə edin və ya şorbada etdiyiniz kimi bir neçə parçaya bölüb bişdikdən sonra yeməkdən çıxara bilərsiniz.
Sadəcə suyu duzlu olmuş yemək üçün qızarmış çörəkdən istifadə edə bilərsiniz. Yeməyin suyunun bir qismini qızarmış çörək parçaları ilə ala bilərsiniz. Hələ də duzu çoxdursa, o zaman yeməyin suyunu tamamilə dəyişdirib yenidən bişirməyi sınayın.
• Az duzludursa, içinə 1-2 ədəd kəsmə şəkər əlavə edin.
• Orta dərəcədə duzludursa, kartofu dördə bölüb yeməklə birlikdə qaynadın və sonra çıxarıb atın.
• Çox duzludursa, həm kartof həm də qızarmış çörək ilə duzu içindən çıxarıb atın.
• Həddindən artıq duzludursa, yeməyin suyunu tamamilə atın və duzdan istifadə etmədən başqa bir sous hazırlayın.
İstəyə uyğun olaraq sirkə və limonun turşuluq xüsusiyyətindən istifadə edərək duzun qələvilik xassəsini də balanslaşdıra bilərsiniz. Sirkə üçün 1 yemək qaşığı, limon üçün isə 3-4 damla kifayətdir.
Yemək reseptləri