“Qaşıq salatı

Qaşıq salatı

Vitaminlərlə zəngin asan və ləzzətli qaşıq salatı resepti.

Ərzaqlar:
4 pomidor

1 soğan

1 qırmızı bibər

3-4 ədəd reyhan

1 stəkan qoz ləpəsi

Sous üçün:

yarım stəkandan bir az çox zeytun yağı

yarım stəkandan bir az az nar şərab

2 diş əzilmiş sarımsaq

duz

sumaq


Hazırlanması:
Pomidor, soğan və bibərləri kub formasında doğrayın. Reyanı da qıyın. Bütün tərəvəzləri servis kasasına əlavə edib, qoz ləpəsi ilə qarışdırın. Sosu üçün lazım olan məmulatları bir kasada qarışdırıb salatın üzərinə gəzdirin. Yenidən qarışdırıb servis edə bilərsiniz. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!