“Portağal mürəbbəsi

Portağal mürəbbəsi

Portağal sezonu başlayır! Portağaldan ləzzətli mürəbbə hazırlamaq isrəyirsinizsə, bu reseptimizə əməl edə bilərsiniz. 

Ərzaqlar:

2 kq portağal

3 ədəd qreypfrut

3 limon

4 lt su

2 kq şəkər tozu

Hazırlanma qaydası:

Bütün portağalları nazik formada soyun və qabıqlarını kənarda saxlayın. Qreypfrut, limon və soyulmuş portağalların suyunu sıxaraq, şüşə balona yığın. Təxminən bir litr meyvə suyu çıxacaq və həmin suyu adi su ilə qarışdıraraq bir qazana tökün. Qapağını açq saxlayaraq qaynamağa qoyun və isindikdə içərisinə portağalın qabıqlarını əlavə edin. Təxminən 2 saat, su yarı olana qədər qaynadın. Qarışım hazır olduqda içərisindən qabıqları çıxarın və süzgəclə suyunu süzün. Bu zaman ona şəkər tozu tökərək qaynamağa qoyun. İlk 15 dəqiqə ərzində dibinin tutmaması üçün qarışdırın. Qarışım təxminən 2,5 litr qalana qədər qaynadın. Bişdikdən sonra mürəbbəni isti-isti balonlara yığıb qapaqlarını bağlayın. Sərin və qaranlıq bir yerdə soyumağa qoyun. Nuş olsun!

Daha çox resept üçün buradan Dadlı mobil tətbiqimizi endirə bilərsiniz:

https://play.google.com/store/apps/details?id=com.elitsolutions.dadli&utm_source=leydi.az



Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!