Tərkibi:
1 paket makaron
1 ədəd brokoli
1 paket krem
Duz, istiot
Üzərinə rəndələnmiş pendir
Hazırlanması:
Makaron və brokolini ayrı-ayrı qazanlarda qaynadırıq
İkisini də süzün, digər qazana isə kremi əlavə edin
Üstünə makaron və brokolini əlavə edib sobanı yandırın.
Duzu, istiotu da əlavə edib bir az kremin onları canına çəkməsini gözləyin.
Qatılaşdıqdan sonra altını söndürüb servis edin
Servis edərkən üzərinə rəndələnmiş pendir əlavə edə bilərsiniz.