Özbək plovu Özbəkistanda xüsusi günlərdə süfrəni bəzəyən və ləziz yemək olan, Özbəkistanın tarixini əks etdirən yeməklərdən biridir. Tərkibində kökdən tutmuş quzu ətinə qədər bir çox ərzaq var. Resepti isə aşağıdakı kimidir.
Ərzaqlar
- Yarım stəkan duru yağ
- 2 yemək qaşığı kərə yağı (istəyə görə)
- 2 ədəd quru soğan (istəyə görə)
- 5 ədəd orta boy yerkökü (rəndələnmiş)
- 400 qram quşbaşı doğranmış quzu əti
- 3 stəkan düyü
- 2 baş sarımsaq
- 4.5 stəkan isti su (istəyə görə ət və ya tərəvəz suyu)
- Yarım çay qaşığı duz
- 1 çay qaşığı qarabibər
Necə hazırlanır?
1. Yarım stəkan duru yağ ilə tərəyağını plov qazanında əridin.
2. İncə-incə doğradığınız soğanları əlavə edib bir az qovurun.
3. Quşbaşı ətləri də əlavə edib qızarana qədər qarışdırın.
4. Ətlər syunu çəkib qovrulduqdan sonra kökləri də əlavə edin.
5. Köklər yumuşalanda düyüləri əlavə edin və 3 dəqiqə qovurun.
6. Su, duz və qarabibəri də əlavə etdikdən sonra qarışdırın və 2 baş sarımsağı plovun ortasına qoyub bir az üstünə basın. Qazanın qapağını örtün.
7. Beş dəqiqə yüksək atəşdə və dəqiqə qısıq atəşdə bişirdikdən sonra servis edə bilərsiniz!
Yanında ayran da hazırlasanız yeməyin dadına dad qatmış olacaqsınız. Nuş olsun!
Daha çox resept