2016 yaz-yay dırnaq boyası rənglərində yenə çox fərqli seçimlər var. Bu yaz trend olacaq dırnaq boyalarını bizimlə kəşf edin.
Hər il podiumlarda kolleksiyalar nümayiş etdirilərkən mövsümün trendləri də müəyyən edilir. Fərqli saç stilləri, makiyaj texnikaları və gözəl fikirlər irəli sürən bu kolleksiyalar bizlərə də ilham verir. Rəngli və ya şəffaf dırnaqların üzərinə üfüqi və ya şaquli şəkildə fərqli qalınlıqlarda çəkilən xətlər olduqca modern bir görünüş yaradır. Fransız manikürünün fərqli versiyaları da bu mövsüm podiumlarda çox rast gəlinən dırnaq boyası trendləri arasındadır. Klassik ağ fransız manikürü yerinə nude tonların üzərində yaşıllar, qırmızılar və metallik bozlar dəbdə olacaq.
Mat dırnaq boyaları da bir digər trenddir. Bir müddət çox populyar olan mat dırnaq boyaları dəbə geri qayıdır. Kolleksiyalarda gördüyümüz bir digər dırnaq boyası ideyası isə təsadüfi olaraq çəkilmiş rənglərdir. Altdan baza kimi çəkilmiş bir rəngin üzərinə istəyinizə uyğun bir və ya bir neçə rəngi nizamsız bir şəkildə çəkə bilərsiniz. Bu stilinizə fərqli bir maraq qata bilər. Rəng keçidləri bu mövsüm tez-tez rast gələcəyimiz görünüşlər arasındadır.
Laklarınızı qurutmağın 5 asan yolu və Təbii manikür üsulları da diqqətinizi çəkə bilər.