“Orijinal ətirlər necə ayırd edilir?

Orijinal ətirlər necə ayırd edilir?

Sağlamlığınızı riskə atan, keyfiyyətsiz kimyəvi maddələrdən istehsal edilmiş saxta ətir ilə orijinal ətirləri ayırd etmək çox da çətin deyil. Bəs orijinal ətir digərlərindən necə ayırd edilir?

İlk mərhələdə məhsulun qablaşdırmasını yoxlamalısınız. Rəngi orijinalından daha mat, qablaşdırılması xətalı olan məhsullar saxta ətirlərin əlamətidir. Paketin üzərindəki yazılarda və emblemdə xətalar da ola bilər.

Holoqram etiketi də məhsulun orijinallığının əlamətidir. Qablaşdırmada bir fərqlilik yoxdursa, ancaq siz hələ də məhsulun saxta olmasından şübhələnirsinizsə, şüşəyə diqqət edə bilərsiniz.

Ətirin orijinal olduğunun necə aydınlaşdırılacağı sualına dəqiq bir cavab ala bilmədinizsə, onda ətirin “spray” hissəsindəki xətalara diqqət edin. Nəzərə alın ki, şüşənin içərisindəki kiçik borucuq şəffaf rəngdə olmalıdır.

Ətirin mayesinin rəngi də saxta məhsulu müəyyən etməyə kömək edə bilər. bir salfetə ətir sıxaraq test etdiyiniz zaman salfetdə ləkə qalırsa, bu məhsulun saxta olma ehtimalı yüksəkdir. Saxta olan məhsulların qoxusu bir müddət sonra dəyişir və xoşagəlməz hal alır.

Saxta ətirlərlə orijinal ətirlər arasındakı ən önəmli fərq isə notlarıdır. İlk vurulduğu andan bir saat sonra da eyni qoxu gəlirsə, bu o ətirdə problem olduğu anlamına gəlir. Çünki orijinal ətirlər fərqli notlar daşıdığından ilk duyulan ətirlə bir saat sonrakı ətir eyni ola bilməz.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!

Digər Yazılar