“Sobada göbələkli kartoflu toyuq qanadı resepti

Sobada göbələkli kartoflu toyuq qanadı resepti

Tərkibi:

  • 1,5 kq toyuq qanadı
  • 3 orta ölçülü kartof
  • 5-6 dənə göbələk
  • 3 xörək qaşığı toyuq ədviyyası
  • Duz
  • Holland pendiri

Hazırlanması

  1. Toyuq qanadlarını ədviyyat ilə qarışdırırıq
  2. Onları yağlı kağızlı soba sinisinə düzürük
  3. Kartofları alma kimi doğrayıb, duzlayıb siniyə düzürük
  4. Göbələkləri yuyub duzlayıb üzərinə rəndələnmiş Holland pendiri qoyub eyni siniyə qoyuruq.
  5. 200 dərəcədə 30 dəqiqə bişiririk.

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!