“5 dəqiqədə hazırlanan fincan keks

5 dəqiqədə hazırlanan fincan keks

Türk reklamında gördüyünüz fincan keksi evdə 5 dəqiqə ərzində hazırlayıb bişirə bilərsiniz. Qablarda bişirilən kekslərin üstü bərk, içi yumuşaq olur. Hazırlayacağımız fincan keksin həm içi, həm də üstü yumşaq olacaq. Bu hazırlanma qaydası həm rahatdır, həm də evdə peçi olmayan və ya xarab olan xanımların köməyinə çatacaq.

Tərkibi

· 1 ədəd yumurta
· 1 stəkan şəkər tozu
· 1 stəkan süd
· 3 xörək qaşığı kakao
· 1 paket qabartma tozu
· 1 paket vanil
· 2 stəkan un

Hazırlanması

Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Süt, un, vanil, qabartma tozunu əlavə edib taxta qaşıqla qarışdırın. Qarışığı qarışdırdıqdan sonra kofe stəkanlarına tökün, ancaq ağzına qədər doldurmayın. Fincanları böyük bir qazana yerləşdirin və fincanların yarısına qədər qazana su tökün. Qazanın qapağını bezə büküb, ağzını örtün. Su qaynayana qədər yüksək dərəcədə, qaynamağa başlayandan sonra vam dərəcədə və 25 dəqiqə müddətində qapağını heç açmadan bişirin. 25 dəqiqə sonra qazanı qazdan götürün və 15 dəqiqə müddətində yenə qapağını açmadan kənarda saxlayın. 15 dəqiqədən sonra kekslərinizi çıxarda bilərsiniz.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!