Tərkibi:
2 yumurta,
1 çay stəkanı toz şəkər,
1 çay stəkanı qatıq,
3 çay stəkanı un,
1 qabartma tozu,
125 qr. marqarin (əridilmiş soyumuş).
Kremi:
2 su stəkanı süd,
1 qəhvə fincanı un,
1 su stəkanı toz şəkər,
1 yumurta sarısı,
1 paket vanil,
25 qr. marqarin.
Hazırlanması:
Keks ərzaqlarını yaxşıca çırpın. 20-25 sm diametrindəki keks qəlibinə boşaldın. 175 dərəcədə qızarana kimi bişirin. Bir qazanda krem vəsaitlərini yaxşıca çırpıb pudinq olana qədər bişirin. Keks soyuyunca 2 yə bölün. Arasına kreminizi qoyub yaxşıca yayın. Digər keksi də üstünə qoyub ən üstünə pudra şəkəri səpib servis edə bilərsiniz.
Nuş olsun!