“Badımcanlı plov

Badımcanlı plov

Tərkibi:

2 orta boy badımcan,

2 stəkan düyü,

30 qram kərə yağı,

Duz,                                 

4 stəkan ət suyu,

1 stəkan bitki yağı.

Hazırlanması:

Badımcanları soyub, kiçik-kiçik doğrayın. Duzlu suda 20 dəqiqə saxlayın. Suyunu yaxşıca süzün. Bitki yağında tavada qızardın. Düyünü bol suda yuyub, süzün. Kərə yağını qazana əlavə edib, düyüləri bu yağda qovurun. Ət suyunu əlavə edin. Duz səpib, suyunu çəkənədək bişirin. 15-20 dəqiqə gözlədin. Qızardılmış badımcanları əlavə edib, qarışdırın. İsti-isti süfrəyə gətirin. Nuş olsun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!