Ərzaqlar:
600 qram qədər toyuq,
1 yemək qaşığı xardal,
2 yemək qaşığı bal,
2 yemək qaşığı xama,
100 qram çiy badam.
Hazırlanması:
Toyuqların artıq yağlarını təmizləyək. Toyuq ətini qapaqlı bir qazanda bişməyə qoyaq. Arada qarışdıraq ki, hər iki səthi də bişsin. Çiy badamı bir kasa isti suya qoyaq və 10 dəqiqə qədər gözlədək. Qabıqları yumşalan badamın suyunu süzək və qabıqlarını soyaq. Toyuq əti bişdikdə qazı artırıb qızarmaqlarını təmin edək. Toyuqlar qızardıqda soyduğumuz badamı qazana qoyaq. Bal, xardal və xamanı bir kasada yaxşıca qarışdıraq. Toyuqlar və badamlar yaxşıca qızardıqdan sonra hazırladığımız xardallı sousu qazana əlavə edək. 2 dəqiqə qədər sousuyla birlikdə yaxşıca qarışdıraq. İsti halda süfrəyə verək. Nuş olsun.