“Balqabaq şorbası

Balqabaq şorbası

Vəsaitlər:

1300 qr balqabaq,

4 su stəkanı süd,

1 su stəkanı su,

1 soğan,

4 yemək qaşığı xama,

2-3 mixək,

Yarım dəstə şüyüd,

Duz, istiot.

Hazırlanması:

Balqabağı soyub kiçik dilimləyin və dərin bir qazana qoyun. Üzərinə südü və suyu əlavə edin. Duz, istiot, soyulmuş soğan və mixəyi əlavə edin. Balqabağı yumşalana qədər ən az 40 dəqiqə qaynadın. Bişdikdən sonra soğan və mixəkləri çıxarın. Qalan şorbanı mikserdən və ya süzgəcdən keçirin. İsti olaraq qablara bölüşdürün.

Hər qaba bir qaşıq xama, bir az incə doğranmış şüyüd əlavə edib dərhal süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!