Şüşə banka
Xüsusilə yeni doğulmuş körpə olan evlərdə çox olan uşaq yeməklərinin qablarını atmayın. Bir qədər süngəri qaba yerləşəcək şəkildə kəsib bankaya yerləşdirin, üzərinə aseton tökün, qapağını bağlayıb saxlayın. Laklarınızı təmizləmək lazım olanda barmağınızı qabın içinə salıb bir neçə dəfə çevirməklə asanlıqla təmizləyə bilərsiniz.
Ketçup və xardal qabı
Bu qablardan tortunuzun üzərini kremlə bəzəmək üçün və ya blinçik xəmirini müxtəlif formalarda tökmək üçün istifadə edə bilərsiniz. Həmçinin, blinçik xəmirini bu qablarda bir müddət soyuducuda da saxlamaq olar.
Yumurta qabı
Balaca, bəzəkli kekslər elədiyinizdə onları bu qablarda saxlaya bilərsiniz.
Tualet kağızı rulonu
Tualet kağızı rulonunun üstünü rəngli kağızlarla örtərək makiyajda istifadə etdiyiniz qələm və kistlərinizi qoymaq üçün qab düzəldə bilər, dondurma çubuqlarından isə bu qabları qoymaq üçün nimçə hazırlaya bilərsiniz.
Tik-tak qabları
Tik-tak qablarını istifadə etdikdən sonra atmayın. Bunların içinə ədviyyatlarınızı töküb saxlayın.