“Çardak kababı resepti

Çardak kababı resepti

Ərzaqlar:

300 qram quzu əti,

Bir soğan,

İki kök,

İki bibər,

Təzə sarımsaq,

Bir kasa göbələk,

Bir şorba qaşığı tomat,

Duru yağ,

Duz,

Qara bibər,

Pomidor,

Holland pendiri.

Altlığı üçün:

1,5 su stəkanı süd,

Bir çay stəkanı duru yağ,

İki yumurta,

İki su stəkanı un,

Duz.

Hazırlanması:

Ətlərinizi kiçik kublar şəklində doğrayarak yağda bir müddət qovurun və daha sonra doğranmış soğanları, kökləri əlavə edin. Bir müddət bu şəkildə qovurun və göbələkləri də doğrayaraq içərisinə qatın. Daha sonra tomat və pomidorları da əlavə edib az su ilə bişirməyə başlayın. Altlığı üçün süd, duru yağ, un və duzunuzu qarışdırma qabında çırpın və yağlanmış pancake tavasında hamısını bişirin. İçinə hazırladığınız ətli qarışıqdan qoyaraq kənarlarını bağlayın. Üzərinə doğranmış pomidor və holland pendiri rəndəsi əlavə edərək süfrəyə verin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!