“Cız - Bız resepti

Cız - Bız resepti

Tərkibi:
Qoyun içalatı (ağciyər, qaraciyər, ürək, bağırsaqlar, böyrəklər) - 2 kq,
Qoyun quyruğu - 300 qr,
Kartof - 6 ədəd,
Duz - zövqə görə.

Hazırlanması:
Əvvəlcə 150 qr quyruq xırda-xırda doğranır və cızdağ edilir. Məhsullar təmiz suda yaxşı-yaxşı yuyulur, doğranır və hərəsi ayrı-ayrı qablara qoyulur. Əvvəlcə quyruqla ağciyərlər, sonra qara ciyər, böyrəklər, ürək qızardılır. Hamısı bir az duzlanır və bir yerə yığılır. Sonra quyruğun qalan hissəsi də böyük tikələrə doğranır. Ya çöpvari, ya da kubiklər şəklində doğranmış kartof ilə birgə qızardılır və ümumi tavaya yığılır, hamısı qarışdırılır və daha 5 dəqiqə od üstündə saxlanılır (çalışın qurumasın).
Hazır cız-bız nimçəyə çəkilir və isti-isti çörəklə, şorabalarla, albalı salatı və ya sirkəli salatlarla süfrəyə verilir. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!