Ərzaqlar:
2 dilim incə can əti,
1 stəkan un,
1 çay kaşığı duz,
1 çay qaşığı qara bibər,
1 stəkan suxarı,
2 ədəd yumurta,
Qızartmak üçün duru yağ.
Hazırlanması:
Unu, suxarını və çırpılmış yumurtanı ayrı-ayrı kasalara qoyaq. Qızartma yağını uyğun bir qazanda qızdıraq. Unun içinə duz və qara bibər əlavə edib qarışdıraq. Yaxşıca nazildilmiş olan ətləri əvvəl una, daha sonra yumurtaya və son olaraq da suxarıya bulayaq. Qızğın yağda qızardaq. Hər iki üzünü də qızartdıqdan sonra ətləri kağız salfet üzərinə sərək. Dana şnitzeli sobada qızardılmış kartof ilə birlikdə süfrəyə verək. İstəsəniz, qızartmaq yerinə 200 dərəcəlik sobada 20-25 dəqiqə bişirmək olar. Nuş olsun.