Ərzaqlar:
2 stəkan un,
1 yumurta,
İlıq su,
Duz,
200 qr ət,
1 baş soğan,
Duz və istiot,
Su.
Hazırlanması:
Əvvəlcə xəmiri hazırlayın. İri qabda un, duz, yumurta və suyu qarışdırın, əlinizlə xəmir yoğurun. Xəmiri qaba qoyub, üstünü çay dəsmalı ilə örtün və kənara qoyun ki, xəmir dincəlsin. Soğanı və əti maşında çəkin. Üzərinə duz istiot əlavə edib qarışdırın. Xəmiri yumurlayıb 1-2 mm qalinliğinda yayın. Kiçik kvadratlar şəklində doğrayın. Kəsdiyiniz xəmirlərə ət qoyun. Sonra düşbərələri bükün (papaq şəklində və ya üzü yuxarı). Düşbərələri qaynadılmış su ilə dolu qazana töküb təxminən 10 dəqiqəyə qədər bişirin. Hazır olanda düşbərələr suyun üzünə qalxacaq. Nuş Olsun!