Tərəvəz və ət yeməklərini ləzzətləndirərkən detoks təsiri yaradan ədviyyatlı kokos sousu sizin əvəzedilməz souslarınızdan birinə çevriləcək.
Ərzaqlar:
1 ədən böyük soağan,
3-4 diş sarımsaq,
Hər birindən yarım çay qaşığı olmaqla: zəncəfil, darçın, sarıkök, istiot,
1 çay qaşığı dəniz duzu, (əgər dəniz duzu yoxdursa, heç duz əlavə etməyin)
1 çay qaşığı şəkər tozu,
2 stəkan kokos südü.
Hazırlanması:
Soğan və sarımsaqları kiçik-kiçik doğrayıb, kokos südü ilə birlikdə sousu hazırlayacağınız qazana tökün və yumşalanadək bişirin. Ədviyyatları da əlavə edib, qaynadın. Qazın üzərindən götürün və soyuduqdan sonra yeməklərinizdə istifadə edin.