“Ekler resepti

Ekler resepti

Ərzaqlar:
 
- 4 ədəd yumurta
- 1,5 stəkan un
- 100 qram kərə yağı
- 1 stəkan su
- 1/4 çay qaşığı duz
 
Krem dolğu üçün:
 
- 2 stəkan süd
- 1 ədəd yumurtanın sarısı
- 2 yemək qaşığı un
- 2 yemək qaşığı nişasta
- 1/2 stəkan şəkər tozu
- 1 yemək qaşığı kərə yağı
 
Şokoladlı sous üçün:
 
- 180 qram şokolad
- 1 stəkan krem şanti (əvəzləyici olaraq süd də istifadə edə bilərsiniz)
 
Hazırlanması:
 
1. Xəmirini hazırlamaq üçün; su, yağ və duzu bir qazana əlavə edin.
2. Yağ əridikdə və sulu qarışıq qaynamağa başladığı zaman unu az-az əlavə edin və dayanmadan qarışdıraraq xəmiri hazırlayın.
3. Hazırladığınız xəmiri otaq temperaturunda soyuması üçün kənara qoyun. Soyuduqdan sonra yumurtaları əlavə edib mikser ilə qarışdırın.
4. Krem görüntüsünə sahib, sarı rəngli xəmiri qənnadı torbasına doldurun.
5. Xəmiri düzbucaqlı şəklində soba qabına sıxın. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 25 dəqiqə, xəmirlərin üzəri yüngülcə qızarana qədər bişirin.
6. Krem dolğunu hazırlamaq üçün; süd, yumurta sarısı, un, nişasta, şəkər tozu və kərə yağını bir qazana əlavə edin.
7. Dayanmadan qarışdırdığınız qarışığı krem halına düşənə qədər bişirin. Soyuması üçün kənara qoyun.
8. Şokoladlı sous üçün; Şokoladı kiçik-kiçik qırın və qatı halda olmayan krem-şanti əlavə edin.
9. Dərin bir qazanda qaynayan su buxarı üzərində şokoladları qarışdıraraq əridin.
10. Sobadan çıxan ekler xəmirlərini kəsərək hazırladığınız krem dolğunu eklerlərin içərisinə doldurun. 
11. Eklerlərin üst hissələrini şokoladlı sousa batıraraq servis qabına yerləşdirin. Hazırladığınız bütün eklerlərə eyni üsulu tətbiq etdikdən sonra şokoladın quruması üçün otaq temperaturunda bir müddət saxlayın.
 
Nuş olsun!

Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!