“Əriştəli qatıq şorbası

Əriştəli qatıq şorbası

Ərzaqlar:

- 1 stəkan noxud,

- 5 stəkan isti su,

- 1 stəkan ət ya da toyuq suyu,

- Duz,

- 1 stəkan əriştə,

- 1 stəkan qatıq,

- 1 yemək qaşığı buğda unu,

- 2 çay qaşığı kərə yağı,

- 1 yemək qaşığı quru nanə.

Hazırlanması:                                    

Noxudları bol su ilə yuyub suyunu süzün. Üzərinə su əlavə edib 1 gecə gözlədin. Suyunu dəyişdirib yumşalana qədər qaynadın. Su və ət suyunu qaynamağa qoyun. Duz və əriştələri əlavə edib yumşalana qədər bişirin. Noxudu əlavə edin və 15 dəqiqə də belə bişirin. Bir kasada qatıq və unu yaxşıca qarışdırın. Şorbanın suyundan 1 çömçə qədər əlavə edib çırpın və bunu şorbaya yavaş-yavaş əlavə edərək qarışdırın. 15 dəqiqə bişirin. Bir tavada kərəyağını əridib nanə ilə qarışdırın və şorbaya əlavə edin. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!