Azərbaycan xalqının ən sevdiyi yeməklərdən biri də yarpaq dolmasıdır. Hər bayram və ya hər qonaqlıqda mütləq yarpaq dolması süfrələrdə olur. Türklər isə yarpaq dolmasını bir neçə üsulla bişirlər. Bu gün sizlərə türk mətbəxindən olan narşərablı, limonlu və əsas da ətsiz yarpaq dolmasının reseptini təqdim edirik.
Tərkibi:
·2 ədəd orta boy soğan,
·3 ədət iri pomidor,
·0.5 kq üzüm yarpağı,
·0.5 kq düyü,
·1 dəstə şüyüd,
·Duz, istiot (zövqə görə),
·2 ədəd uzun yaşıl bibər,
·1 xörək qaşığı tomat,
·1 ədət limon,
·İstəyə görə narşərab.
Hazırlanması:
Soğanları blenderdən və ya rəndədən keçirin. Yağda bir az qovurduqdan sonra üzərinə tomat pastasını əlavə edin. Daha sonra isə üstünə, pomidor, bibər, şüyüd, duz,istiot əlavə edib, suyunu çəkənə qədər bişirin. Suyunu çəkib bişdikdən sonra dolmanı istədiyiniz formada bükün. Sonda 1 ədəd limonu qazana düzülmüş dolmaların üzərinə sıxın. Dolmaların üstünə çıxacaq şəkildə qaynar su əlavə edib, qaynamağa qoyun. Suyunu çəkdikdən sonra üzərinə biraz zeytun yağı və istəyə görə narşərab əlavə edib, vam xodda 30 dəqiqə ərzində bişirin. Nuş olsun!