“Evdə qısa müddətdə hazırlanan asan pizza resepti

Evdə qısa müddətdə hazırlanan asan pizza resepti

Yarım saatdan daha qısa müddətdə hazırlaya, tərkibindəkiləri öz istəyinizə görə müəyyənləşdirə biləcəyiniz, çox asan bir pizza reseptini sizlərlə paylaşmaq istəyirik. Damaq dadınıza uyğun, ürəyinizin istədiyi, evdə olan ərzaqları reseptə əlavə edə bilərsiniz.

Xəmir üçün ərzaqlar:

4 su stəkanı un,

1 çay stəkanı maye yağ,

1 paket maya (10 qr),

Bir miqdar duz,

İlıq su.

İstifadə edəcəyiniz bu ərzaqlarla 4 adam rahatca doya bilər. Ərzaqları artıra və ya azalda bilərsiniz. Sous istifadə etmək istəməsəniz, hazır ketçup istifadə edə bilərsiniz.

Sous üçün ərzaqlar:

2 yemək qaşığı tomat pastası,

2 yemək qaşığı maye yağ,

1 şorba qaşığı kəklikotu,

Qırmızı bibər,

Qara bibər,

1 çay stəkanı su.

Üzəri üçün ərzaqlar:

10 ədəd dilim sosiska,

2 ədəd sadə sosiska,

Qara zeytun,

Yaşıl zeytun,

Dənələnmiş qarğıdalı,

Holland pendiri,

Qaynadılmış göbələk,

Və sevdiyiniz digər vəsaitlər...

Hazırlanması:

Əvvəlcə mayanı kiçik bir qaba qoyaq və çox az miqdarda su ilə qarışdırıb, yaxşıca əridək.

Unumuzu yoğurma qabına tökək və ortasını hovuz şəklində açaq.

Unun kənarlarına bir az duz səpək (ortaya duz tökməyin) və un hovuzunun ortasına suda əritdiyimiz mayanı tökək.

Ardınca maye yağı əlavə edək və yavaş-yavaş ilıq suyu əlavə edib, pizza xəmiri yoğurmağa başlayaq.

Qulaq ucu yumşaqlığına yaxın, yumşaq konsistensiyada bir xəmir əldə edək.

Yoğurma əməliyyatını bitirincə pizza xəmirinin üzərini bağlayaq və 10 dəqiqə mayalandıraq.

Xəmir mayalandığı müddətdə biz sousu hazırlamağa başlayaq.

Sous üçün:

Ərzaq siyahımıza uyğun həcmdə bir kasaya tomatı tökək, sonra maye yağı, qırmızı bibəri və qara bibəri tökək. İstəsəniz, bir azca nanə də əlavə edə bilərsiniz.

Duzu da əlavə edib, hamısını yaxşıca qarışdıraq. Sousu hazırlamaq əməliyyatı bitdi.

Sonra pizzamızın üst vəsaitlərini doğrayıb, pizzamızı hazırlamağa başlayaq.

Mayalanmış pizza xəmirini oxlov ilə açaq və yüngülcə yağladığımız nimçəyə yerləşdirək.

Pizza xəmirini əvvəldən qızdırdığımız 180 dərəcəlik sobaya qoyaq və 5 dəqiqə ön bişirmə edək, beləcə, pizzamız daha ləzzətli olacaq.

5 dəqiqə sonra sobadan çıxaraq. Xəmirin üzərinə sousu tökək və gözəlcə üzərinə yayaq.

Sonra rəndələnilmiş holland pendirini, sosiskaları, göbələyi və istifadə etmək istədiyimiz bütün vəsaitləri əlavə edək. 180 dərəcəlik sobaya yenidən qoyaq.

Pizzamızın üst ərzaqları bişdiyi zaman pizzamız süfrəyə hazırdır. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!