“Əvəlik dolması resepti

Əvəlik dolması resepti

Tərkibi:
Qoyun əti - 108 qr,
Düyü - 30 qr,
Baş soğan - 20 qr,
Göyərti (keşniş, şüyüd və nanə) - 15 qr,
Əvəlik - 40 qr,
Qatıq - 20 qr,
Əridilmiş yağ - 10 qr,
Duz, istiot, darçın - zövqə görə.

Hazırlanması:
Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, göyərti (keşniş, şüyüd və nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə əvəlik yarpaqları qaynar suda pörtülür, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 qr. qiymə bükülüb qazana yığılır, üzərinə su töküb hazır olana kimi, təqribən bir saata qədər bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur. Cökə və heyva yarpağından da bu cür dolma bişirilir. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!