“Fransız makaronları

Fransız makaronları

Ərzaqlar:

100 qr. şəkər pudrası,

50 qr. badam (qabıqsız),

15 qr. şəkərsiz kakao,

2 yumurtanın ağı,

65 qr. şəkər tozu.

 

Şokoladlı sous üçün:

113 qr. şokolad,

30 qr. kərə yağı,

1/2 stəkan qaymaq.

 

Hazırlanması:

  1. Qaymağı qazana əlavə edib, qaynama həddinə çatana qədər isidin.

  2. Şokolad parçalarını da əlavə edib, əriyənə qədər qarışdırın və soyumağa başlayanda kərəyağını da qatın.

  3. Şokoladı soyuması üçün kənara qoyun. Şəkər pudrası, kakao və badamı mətbəx robotunda un halına gətirin.

  4. Yumurta ağlarını mikserin orta sürətində çırpın, sonra sürəti artıraraq 5 xörək qaşığı şəkər tozu əlavə edin.

  5. Hamar bir hala gələnə qədər çırpmağa davam edin və kakaolu qarışığın yarısını əlavə edib, taxta qaşıqla qarışdırın.

  6. Xəmiri sıxma torbasına töküb, yağlı kağız sərilmiş soba qabına aralıqlı olaraq sıxın.

  7. Soba qabını stola bir neçə dəfə yavaşca vurun.

  8. Bundan sonra makaronların üzəri bir az quruyana qədər, təxmini 1 saat gözləyin.

  9. Əvvəlcədən 175 dərəcədə isidilmiş sobada 10 dəqiqə bişirin.

  10. Bişən iki makaron arasına hazırladığınız şokoladlı sousu çəkərək bir-birinə yapıştırın və makaronlar artıq hazırdır.

(Qeyd: Əgər xəmirinizin rəngli olmasını istəyirsinizsə, hazırlayarkən içinə qida boyası əlavə edin.)

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!