“Gicitkən şorbası resepti

Gicitkən şorbası resepti

Ərzaqlar:

500 qr. təzə gicitkən,

3 yemək qaşığı zeytun yağı,

1 yemək qaşığı kərə yağı,

1 yemək qaşığı un,

1 ədəd soğan,

3 diş sarımsaq,

2 yemək qaşığı düyü,

1 çay qaşığı quru nanə və kəklikotu,

Qara bibər və duz,

Şirin bir şorba istəyirsinizsə - 1 stəkan süd,

Turş dadı olan bir şorba istəyirsinizsə - 1 stəkan yaxşı çırpılmış qatıq,

1 su stəkanı ət suyu,

3 litr su.

Hazırlanması:

Əlinizə əlcək keçirdikdən sonra gicitkən otlarını ayırd edib yaxşıca yuyun, doğrayın,qazana yağları və iri doğranmış soğanı qoyub 5 dəq. soğanları qovurun,unu əlavə edin, bir neçə dəqiqə də un ilə qovurun.Gicitkən otlarını əlavə edib bir neçə dəqiqə də bu şəkildə qovurun.Ət suyunu, sarmısaqları, suyu, ədviyyat və duzunu, yuyulmuş düyünü əlavə edin, qarışdırıb qazanın ağzını bağlayın. Orta odda yarım saat bişirin. Ən sonda südünü də əlavə edib qarışdırın, bir az da qaynadın və qazanı oddan alın.Bişən şorbanı blenderdən keçirib, süzgəcdən süzün ki, saplaqları şorbanın içində qalmasın.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!