“İspaniya mətbəxindən sobada sarımsaqlı toyuq

İspaniya mətbəxindən sobada sarımsaqlı toyuq

Ərzaqlar:

- 4 ədəd toyuq budu (bud dibi ilə birlikdə),

- 8-10 diş sarımsaq,

- 8 təzə kartof,

- Yarım stəkan zeytun yağı,

- Duz, qara bibər,

- Təzə kəklikotu.

Hazırlanması:

Toyuq budlarını soba nimçəsinə yerləşdirin. Kartofları yaxşıca yuyub qabıqlarını soymadan dilimləyin və toyuqların aralarına yerləşdirin. Sarımsaq dişlərini qabıqlı olaraq əlavə edin. Duz, qara bibər səpib, üzərinə zeytun yağı gəzdirin. Təzə kəklikotu budaqlarını toyuğun üstünə düzüb üzərini yağlı kağız ilə bağlayın və 190 dərəcə sobada qızarana qədər bişirin.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!