Plov reseptləri arasında ən çox bəyənilənlərdən biri olan İtalyan plovu reseptini sizlərə təqdim edirik!
Tərkibi:
1 stəkan qara düyü,
1 yemək qaşığı kərə yağı,
3 stəkan qaynar su,
Duz,
Bir çay qaşığı kəsmik,
1 stəkan döyülmüş qoz.
Hazırlanması:
- Qara düyünü isti suyun içində bir saat saxlayın.
- Yuyub suyunu süzdükdən sonra qazanda yağla 10 dəqiqə qovurun.
- Duzla birlikdə 3 stəkan qaynar suyu qazana əlavə edib, qapağını örtün.
- Qaynayan plovun qazını azaldıb, 45 dəqiqə bişirin.
- Suyunu çəkən plovun altını söndürün, üzərinə dəsmal örtərək 45 dəqiqə dəmə qoyun.
- Qaba çəkib üzərinə kəsmik və qoz səpin.