Vəsaitlər:
1 kq kabak,
Yarım su stəkanı düyü,
3 ədəd soğan,
2 ədəd pomidor,
Yarım dəstə şüyüd,
Yarım çay stəkanı zeytun yağı,
Yarım limonun suyu,
1 çay qaşığı şəkər tozu,
2 su stəkanı su,
1 yemək qaşığı tomat,
Duz,
Qara bibər.
Hazırlanması:
Dolmanın içliyini hazırlamaq üçün düyünü yuyun. Üzərinə xırda kəsilmiş pomidor və soğanı, göyərtini, yağı, limon suyunu, ədviyyatları, şəkər tozunu və duzu əlavə edib hamısını qarışdırın. Kabakların qabıqlarını qazıyıb ortadan ikiyə kəsin, içlərini oyun. İçərisinə içliyi doldurun. Qazana düzüb pomidor dilimləriylə bağlayın. 2 su stəkanı su ilə tomatı əridib üzərinə tökün. Bişdikdən sonra üzərinə qatıq tökərək süfrəyə verə bilərsiniz.