Ərzaqlar:
4 ədəd yumurta,
2 stəkan şəkər tozu,
1 stəkan bitki yağı,
1 stəkan süd,
1 paket qabartma tozu,
1 paket vanil,
2 yemək qaşığı kakao,
2,5 stəkan un.
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə çırpın. Bitki yağı və südü əlavə edib, bir dəqiqə qarışdırın. Un, 2 yemək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib, çırpmağa davam edin. Kiçik keks qablarına qoyub, 180 dərəcədə bişirin. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin. Daha sonra servis edəcəyiniz qaba yerləşdirin.