“Kalmar dolmasının hazırlanması

Kalmar dolmasının hazırlanması

Ərzaqlar:

4 ədəd kalmar,

2 yemək qaşığı zeytun yağı,

1 ədəd büyük soğan (incə-incə doğranmış),

2 diş sarımsaq (döyülmüş),

1 su stəkanı təzə çörək içi,

4 yemək qaşığı doğranmış təzə cəfəri,

115 gr rəndələnilmiş holland pendiri,

Duz və çəkilmiş dənə qarabibər.

Hazırlanması:

İçliyi hazırlamaq üçün bir tavada yağı qızdırın və soğanları təxminən 3 dəqiqə qovurun. Tavanı qazdan götürüb, sarımsağı, çörək içini, cəfərini, pendiri, duzu və qara bibəri əlavə edin, yaxşıca qarışdırın. Kalmarları kağız dəsmalla qurulayın və hazırladığınız içi bir qaşıq köməyiylə içinə doldurun.

Pomidorları qaynar suyun içinə atın, 30 saniyə gözlədin, sonra çıxardın və soyuq suyun altına tutun. Qabıqlarını soyub doğrayın. Bir tavada yağı qızdırın. Kalmarları əlavə edin və hər iki tərəfini də qızardın. Tavadan götürün.

Soğanları tavaya əlavə edin və 3 dəqiqə qovurun. Pomidorları, şəkər tozunu və sirkəni əlavə etdikdən sonra qarışıq tünd bir hala gələnə qədər yüksək istilik üzərində bişirin. Kalmarları tavaya yerləşdirin. Qapağını bağlayıb 30 dəqiqə vam odda bişirin.

Sonda kalmarları dilimləyin. 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!