“Kartof kotletinin hazırlanması

Kartof kotletinin hazırlanması

Ərzaqlar:

4 dənə kartof,

3 qaşıq un,

2 yumurta,

1 dənə soğan,

Cəfəri,

Qara bibər,

Quru nanə,

Duz.

Qızartmaq üçün:

Maye yağ.

Hazırlanması:

Kartof kotleti üçün əvvəlcə kartofların qabıqları soyulub, yuyulur və rəndələnir. Rəndələnən kartofların suyu sıxılır və bir qab içərisinə qoyulur. Kartofların üzərinə yumurta qırılır və soğan rəndələnir. Son olaraq un, incə doğranmış cəfəri, nanə, qara bibər və duz əlavə edilib qarışdırılır. Tavaya duru yağ qoyulur, qızdırılır. Bir qaşıq dolusu kartof qarışığından qoyulub, qaşığın tərsi ilə yüngülcə yayılır. Hazırlanan kartof kotleti çevirilərək qızardılır. Qızardılan kotletlər kağız salfet üzərinə düzülür və isti olaraq təqdim edilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!