“Kartof lüləsi resepti

Kartof lüləsi resepti

Bir çoxlarınız kartof lüləsini ilk olaraq şadlıq evlərində dadmısınız və demək olar ki, çoxunuzun xoşu gəlib. Evdə də hazırlayıb, gələn qonaqlarınıza təqdim etmək istəyirsinizsə, aşağıda yazılanlara əməl etməyiniz kifayətdir.

Tərkibi:

  • 2 kq kartof,
  • 400 qr quyruq,
  • Duz,
  • Sarıkök,
  • Qara istiot, qırmızı acı bibər

Hazırlanması:

Əvvəlcə kartofları suda bişirin. Daha sonra kartofları ət maşınından keçirin. Eyni şəkildə quyruqları da. Daha sonra sarıkök, duz və istiotu əlavə edib, soyuducuda biraz gözlədin. Daha sonra istədiyiniz formaya salıb mangalda bişirin.

 


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!