“Kartoflu keks

Kartoflu keks

Əgər siz də qonaqlarınıza eyni reseptləri hazırlamaqdan bezmisinizsə, bu resept tam da sizin üçündür.

Ərzaqlar:

- 4 ədəd yumurta
- 3 ədəd kartof
- 1 stəkan qatıq
- 1 stəkan duru yağ
- 1 paket qabartma tozu
- 1,5 stəkan un
- 4 ədəd yaşıl soğan
- Yarım dəstə cəfəri
- Yarım dəstə şüyüt
- 1 çay qaşığı duz
- 1 stəkan sürtgəcdən keçirilmiş pendir
- istiot
- pul bibər

Hazırlanması:

Əvvəlcə bütün keks reseptlərində olduğu kimi yumurtaları, qatığı və duru yağı birlikdə yaxşıca çırpın.
Un və qabartma tozunu da əlavə edib, qarışdırın.
Kiçik-kiçik doğradığınız göyərtiləri, kub şəklində dilimlənmiş kartofları, ədviyyatları və pendiri də əlavə edin.
Əvvəlcədən qızdırılmış 180 dərəcə temperaturda sobaya verə bilərsiniz.
Təxminən 35 dəqiqə sonra kartoflu keksinizin ətri bütün evinizə yayılacaq.

Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!