Tərkibi:
2-3 ədəd kök,
1 ədəd soğan,
5-6 budaq cəfəri,
1 çay qaşığı sumaq,
1 çay qaşığı duz,
Yarım limonun suyu,
Zeytun yağı.
Hazırlanması:
Kökləri yuyub, rəndələyin. Soğanı rəndələdiyiniz köklərin böyüklüyündə doğrayın. Cəfərini iri-iri doğrayın. Üzərinə duz, sumaq, limon suyu və zeytun yağı gəzdirib, yaxşıca qarışdırın. Salat süfrəyə hazırdır.