Bu şorbanı hələ də etməmisinizsə və fərqli bir şorba növü bişirmək istəyirsinizsə, tövsiyə edirik. Yüngül bir dadı var.
Ərzaqlar:
2 ədəd kök
1 stəkan su
4 stəkan toyuq suyu
1 stəkan süd
1 yumurta sarısı
1 qəhvə fincanı un
Duz, qara bibər
Zeytun yağı
Üzəri üçün: Qırmızı bibər
Hazırlanması:
Əvvəlcə kökləri rəndələyib, qazanda az yağ ilə bişirin. Ardınca qazana 3 stəkan toyuq suyu əlavə edin. Blenderdən keçirərək püre halına gətirin. Un və zeytun yağını unun qoxusu gedənə qədər, 3-4 dəqiqə qovurun. Soyuq südü az-az əlavə edin. Yumurta sarısını da əlavə edib, davamlı qarışdırın. Sonra kök püresinin içinə əlavə edin. Duzunu və çəkilmiş qara bibəri də əlavə edib, qarışdırın ki, qaynasın. Toyuq suyu az gələrsə, əlavə edə bilərsiniz.
İsti, xoş ətirli şorbamız hazırdır. Üzərinə qırmızı bibər əlavə edə bilərsiniz ...
Nuş olsun!