“Kokos toplarının hazırlanması

Kokos toplarının hazırlanması

Ərzaqlar:

3 stəkan süd

7 yemək qaşığı yarma

7 yemək qaşığı şəkər

1 paket krem şanti

Üzəri üçün:

Kokos

Hazırlanması:

Qazana südü, şəkəri, yarmanı əlavə edin və bişirin. Pudinq konsistensiyasına gəlincə altını bağlayıb, soyumağa buraxın. Soyuduqdan sonra krem şantinizi toz halında qatıb, qarışdırın. Top-top edin, südə batırıb kokosa bulayın. Nuş olsun.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!