“Ləvəngi resepti

Ləvəngi resepti

Tərkibi:
100 qr xırdalanmış qoz,
2 orta boy qırmızı soğan,
1 x.q. ərinmiş yağ,
3-4 x.q. lavaşana,
Duz, istiot,
Toyuq və ya balıq.

Hazırlanması:
Qozu xırdalayın, amma nəzərə alın ki, yeyəndə qoz dişin arasında hiss olunmalıdır. Soğanı təmizləyib, doğrayın və tənzifdə sıxın. Tavada yağsız halda soğanı “ölənə” kimi qızardın və soyumağa qoyun.
 Lavaşananın üstünə yumşalması üçün isti su tökün. Vaxtaşırı qarışdırın. Qozu, soğanı, ərinmiş yağı, duzu, istiotu və lavaşananı bir qaba tökün və yaxşıca qarışdırın. Alınan içlik turşməzə, duzlu və bir qədər acı olmalıdır. Toyuqu və ya balığı yuyub yaxşı təmizləyin. Toyuq istifadə edirsizsə, toyuqun içini doldurun, qarnını sapla tikin. Bir saat ərzində 180 dərəcəlik sobada bişirin. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!