“Ləziz Çin yeməyi resepti

Ləziz Çin yeməyi resepti

Yeni ləzzətlər kəşf etmək istəyənlər üçün Çin mətbəxindən tərəvəzli resept təqdim edirik! Qonaqlarınızın gəldiyi günlərdə süfrəyə verə biləcəyiniz yeməyin hazırlanması olduqca sadədir.

Ərzaqlar:

  • 1 ədəd lavaş,
  • 1 ədəd soğan,
  • 2 ədəd bişmiş kök,
  • İki böyük yarpaq ağ kələm,
  • Bişmiş toyuq əti,
  • 4 yemək qaşığı soya sousu,
  • 1 yemək qaşığı zeytun yağı,
  • 1 yumurtanın ağı,
  • Duz, istiot.

Qızartmaq üçün:

  • 1 yumurta,
  • 1 stəkan suxarı,
  • Bitki yağı.

Hazırlanması:

Soğan, kök və kələmi kiçik-kiçik doğrayıb, zeytun yağında qovurun. Toyuq əti, soya sousu və istiot əlavə edib, qarışdırın. Bir az da bişirin. Qazanı qazın üzərindən götürüb, içindəkilərin soyumasını gözləyin. Lavaşdan iri üçbucaqlar kəsin. Hazırladığınız içliyi lavaşın içərisinə qoyaraq bükün. Ucuna yumurta ağı vurub yapışmasına kömək edin. Hazırladığınız lavaşları əvvəlcə yumurtaya, sonra suxarıya batırıb, yağda qızardın. Nuş olsun!


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!