Limonun özünəməxsus aroması və peçenyenin yumşaqlığı çay süfrələrinizə çox yaraşacaq.
Kekslərə, peçenyelərə əlavə olunan limon qabığının verdiyi təravət, bahar günlərində sizlərə xoşbəxtlik hissi yaşadacaq.
Tərkibi:
- 1,5 stəkan un,
- 1 çay qaşığı qabartma tozu,
- 1 çay qaşığı duz,
- 1 xörək qaşığı kərə yağı,
- 2 stəkan şəkər tozu,
- 2 ədəd yumurta,
- 400 qram kəsmik,
- 3 xörək qaşığı limon suyu,
- 1 ədəd rəndələnmiş limon qabığı.
Hazırlanma qaydası:
Sobanı 190 dərəcədə isidin. Bir qabda un, qabartma tozu və duzu qarışdırın. Başqa bir qabda kərə yağı və şəkər tozunu krem halına gələnə qədər mikser vasitəsi ilə qarışdırın. Yumurtaları tək-tək əlavə edin və hər əlavədən sonra yaxşıca qarışdırın. Kəsmik, limon suyu və rəndələnmiş limon qabığını da əlavə etdikdən sonra yenə mikser vasitəsi ilə qarışdırın. Sonra unu da əlavə edib, qaşıq vasitəsi ilə yaxşıca qarışdırın. Soba listinin içinə falqa kağızı sərib, yağlayın və hazırladığınız xəmiri yastı peçenye və ya basqa istədiyiniz formaya salıb, listin içinə düzün. Sobada 15 dəqiqə ərzində bişirin.
Nuş olsun...