Ərzaqlar:
2-3 stəkan dolusu yetişmiş şirin manqo meyvəsi,
3-4 yemək qaşığı qədər limon suyu,
1 su stəkanından iki barmaq az şəkər tozu,
1 su stəkanından bir az az soyuq su,
Limonad üçün isə ayrıca bir az buz, bir az da soyuq su.
Hazırlanması:
Mangolu limonad üçün ilk olaraq yetkin şirin manqo meyvələrimizisoyaq, sonra təmizləyib, dilimləyək.Sonra manqoları püre halına gətirək.Bir kənarda gözləsin.Başqa bir qabın içinə şəkər tozu və bir miqdar su əlavə edək. Şəkər tozu tamamilə əriyənə qədər qarışdıraq. Şəkər tamamilə əriyənə qədər qarışdıraq. İçinə limon suyunu əlavə edək. Qarışdıraq. Daha sonra kənara qoyduğumuz manqo püresini də içinə əlavə edək. Bir qaşıqla yaxşıca qarışdıraq.Bu şəkildə istədiyimiz qədər, istədiyimiz zaman istifadə edə biləcəyimiz manqolu limonadımız hazırdır.