Ərzaqlar:
- 2 su stəkanı su,
- 1 su stəkanı yarma,
- 1 su stəkanı qırmızı mərcimək,
- 1 çay stəkanı zeytun yağı,
- 2 ədəd orta boy soğan,
- 1 şorba qaşığı tomat pastası,
- 1 şorba qaşığı bibər pastası,
- 1 çay qaşığı narşərab,
- 1 şorba qaşığı limon suyu,
- Yarım dəstə cəfəri,
- Qara bibər,
- Duz.
Hazırlanması:
Mərcini yuyub içinə suyu əlavə edək və bişirək. İçinə yarmanı əlavə edək və ağzını bağlayıb dəmləndirək. Soğanları incə-incə doğrayıb zeytun yağında qovuraq. İçinə tomatı əlavə edək və qarışdıraq. Cəfərini incə-incə doğrayaq. Mərcili bulqurlu qarışığın içinə soğanlı tomatlı qarışığı, cəfərini, ədviyyatları, duzu, limon suyunu və nar turşunu əlavə edək və yaxşıca yoğuraq. Hazırladığımızdan kiçik parçalar qoparıb forma verək.