“Milli mətbəximizin ləziz dadı - Balqabaq qutabı

Milli mətbəximizin ləziz dadı - Balqabaq qutabı

3 stəkan un,

1 stəkan su,

Duz.

İçi üçün:

Adam başına 250 qram balqabaq,

25 qram nar,

1 ədəd soğan,

30 qram ərinmiş yağ,

0.1 qram darçın,

Duz, istiot.

Hazırlanması:

Balqabaq soyulub xırda doğranır, dayaz qazanda üstünə su tökülüb qapağı örtülərək öz buğunda bişirilir. Sonra soğan yağda qızardılaraq balqabaqa qatılır. Ona duz, nar, darçın qatılıb qarışdırılır. Ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur. Həmin xəmir  1 mm qalınlığında yayılır, kasa ağzı boyda kəsilir və həmin dairələrin bir tərəfinə balqabaq qoyulub aypara şəklində bükülür. Kənarları qatlanıb tavada qızğın yağda qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə yağ çəkilir.


Məqalə xoşuna gəldi? Elə isə "Bəyən" düyməsinə bas!

Şərh yaz, fikirlərini bölüş!